Təmizləmə vasitələri tablet və ya toz formasında MGstore.az-da!
Təmizləmə vasitələri istənilən formada ola bilir. Hazırda paltaryuyan və qabyuyan maşınlar üçün tablet və ya toz formalı növlər mövcuddur. Təkcə onlar üçün yox, hətta qəhvə maşınları üçün də xüsusi təmizlik vasitələri var. Metal məişət avadanlıqlarını isə daha çox gel vasitə ilə təmizləyirlər. Geli az miqdarda mikrofiber bezin üstünə əlavə edib sobanın içini silmək kifayət edir. Bu zaman ləkələr təmizlənir, geridə heç bir iz qalmır və metal üzlük cızılmır. Yaxşı olar ki, hər bir məişət avadanlığı xüsusi təmizləyici vasitə ilə təmizlənsin. Bu zaman onların ömrü daha uzun olur və xarici görünüşü qorunur.